Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Gəncə şəhər sakini U.Verdiyev qayalıq ərazidə hərəkət edərkən qəfil ayağı sürüşüb. Kəndli aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma başlayıb.