Rusiyanın Volqoqrad vilayətinin Kamışin şəhərində federal hakim Vasili Vetluginin meyiti tapılıb.
Heftelik.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.
Mərhum güllə və bıçaq yaraları ilə tapılıb. Hadisə ilə bağlı Kamışin sakininə qarşı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi başlanılıb. Şübhəli şəxs saxlanılıb və ilkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.
Hazırda cinayətin başvermə şəraitini və motivlərini müəyyən etmək üçün istintaq hərəkətləri davam etdirilir.
İstintaqa görə, şübhəli şəxs sahibkarlıqla məşğul olub. O keçmiş hərbçidir, hərbi əməliyyatlarda iştirak edib və hakimlə qonşu olub. Qətlin səbəbi məişət münaqişəsi kimi göstərilir.
İlkin ehtimala görə, o, 40 yaşlı hakimi “Saiga” markalı tüfənglə güllələyib, gözünə bıçaq saplayıb və cinsi orqanını kəsib.
Qətlin qısqanclıq zəmnində törədildiyi ehtimal olunur.