35 il əvvəl, 1990-cı il avqustun 15-də Rusiyada “Kino” qrupunun əfsanəvi lideri Viktor Tsoy avtomobil qəzasında həlak olub. Ənənəvi olaraq, hər il avqustun 15-də yüzlərlə pərəstişkar Sankt-Peterburqdakı Boqoslovsk qəbiristanlığına toplaşaraq musiqiçini yad edir.
Heftelik.az-ın Lent.az-a istinadən evrdiyi məlumata görə, bu il bəzi fanatların davranışı hadisə şahidlərini şoka salıb.
Məlumata görə, səhər tezdən qəbiristanlıq açılar-açılmaz, Tsoyun məzarı yanında əsl “alko-piknik” başlayıb. Səhər saat 9-a yaxın abidənin yanında pivə butulkaları peyda olub, tütün qoxusu ətrafı bürüyüb. Fanatlar gitaranın müşayiəti ilə “Kino” qrupunun hitlərini oxuyub, ətrafdakı insanlara məhəl qoymayıblar.
Xüsusilə uşaqları gətirən fanatların davranışı təəccüb doğurub. Balacalar baş verənləri çaşqınlıqla izləyiblər.