Rusiya Kuboku çərçivəsində keçirilən “Rostov” – “Pari NN” oyununda baş hakim Vera Opeykinа yarımmüdafiəçi Məhəmməd Mohebini idman etikasına zidd davranışa görə meydandan qovub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, qarşılaşmanın 85-ci dəqiqəsində iranlı futbolçu qadın hakimə toxunduğuna görə ikinci sarı vərəqə alıb və meydanı tərk etməyə məcbur olub.

“Rostov” artıq 73-cü dəqiqədə Aleksandr Tarasovun meydandan qovulmasından sonra azlıqda oynayıb. Nəticədə Nijni Novqorod klubu Xuan Bosellyanın qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib.

36 yaşlı Opeykinа, kişilər arasında keçirilən oyunlarda çalışan azsaylı FIFA qadın hakimlərindən biridir. 2023-cü ildə o, Rusiya Kuboku oyununu idarə edən ilk qadın kimi tarixə düşüb.