Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət edib.

Heftelik.az-ın“Belta”ya istinadən verdiyi məlumata görə, Donald Tramp dəvəti qəbul edib.

Məlumata görə, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli gündəliyə aid məsələləri, regional mövzuları və o cümlədən Ukrayna da daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.

Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

***

saat 18.05

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Heftelik.az  xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.

Qeyd edək ki, ABŞ Prezidenti də sosial media hesabında Lukaşenko ilə telefon danışığı apardığını yazıb.

Donald Tramp telefon danışığını müsbət qiymətləndirib.

“Belarusun çox hörmətli prezidenti Aleksandr Lukaşenko ilə əla söhbətim oldu. Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə ona təşəkkür etmək idi. Biz, həmçinin, əlavə 1300 məhbusun azad edilməsi imkanlarını müzakirə edirik. Danışığımız çox yaxşı keçdi. Biz bir çox mövzuları, o cümlədən prezident Putinin Alyaska səfərini müzakirə etdik. Gələcəkdə prezident Lukaşenko ilə görüşməyi səbirsizliklə gözləyirəm”, – deyə Tramp qeyd edib.