Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyəm.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
Aleksey Overçuk görüşün Rusiyada olacağını deyib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu mövcuddur və bu qurum Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının doqquzuncu bəndinin icrası üzərində çalışır, habelə kommunikasiyaların açılması ilə bağlı bütün incə məqamları ətraflı müzakirə edib.