Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.

Heftelik.az-ın məlumatına görə,  bu gün saat 11:00 radələrində güclü partlaylş  və müəssisə üzərində tüstü müşahidə olunub.

İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb, 10-u ağır olmaqla, 20 yaralı var.

Zavod ərazisindən 100 nəfər təxliyə edilib.

Qeyd edək ki, 2021-ci ildə də bu zavodda partlayış baş verib. Həmin vaxt barıt istehsalı sexində baş vermiş partlayışda 17 nəfər ölmüşdü.