Agentlik qanun, Aeronaviqasiya Məlumatlar Toplusu və digər normativ aktların pozulması halında xarici dövlətlərin hava gəmilərinin birdəfəlik uçuşlarına icazə vermir.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.
Agentlik xarici dövlətlərin aviasiya təşkilatları vasitəsilə uçuş sorğularına cavab verir.
Xarici dövlətlərə mənsub hava gəmilərinin diplomatik və tranzit uçuşları Xarici İşlər Nazirliyi tərəfindən MN ilə razılaşdırmaqla icazə verilir.
Əlavə olaraq, beynəlxalq uçuşlar üçün açıq olmayan hava limanlarına enməkdə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən razılıq tələb olunur.