Azərbaycanlı aktrisa Nesrin Cavadzadə “Sandık Kokusu” serialındakı rol yoldaşı Pamir Pekinlə qısa müddət eşq yaşayıb. Ayrılıqdan sonra Misirə tək tətilə gedən Cavadzadə İstanbul hava limanında jurnalistlərlə söhbət edib.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumaa görə, jurnalistlər ötən günlərdə 43 yaşını qeyd edən aktrisadan gənc qalmasının sirrini soruşublar.
O, isə bu suala zarafatla “Mən cavan kişilərin qanını içirəm” cavabını verib.