ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşə Avropa liderlərini də dəvət edib.

Heftelik.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Avropanın iki yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Görüşün Ağ Evdə keçirilməsi planlaşdırılır.

Qəzet onu da yazıb ki,  Alyaskada Putinlə görüşdən sonra Ağ Ev rəhbəri Avropa İttifaqı (Aİ) liderlərinə sülh sazişinin bağlanması üçün rus qoşunlarının nəzarətində olmayan ərazilərin Ukraynaya verilməsi planını dəstəklədiyini bildirib. ABŞ Prezidenti hesab edir ki, Ukrayna dövlət başçısı Volodimir Zelenski Donbas regionunun qalan hissəsini, hətta Rusiya qoşunları tərəfindən işğal olunmayan əraziləri belə Rusiyaya verməyə razılaşarsa, sülh sazişi tezliklə bağlana bilər.