Ukrayna Prezidenti Volodimir Zelenski sülh razılaşması müqabilində bütün Donbası Rusiyaya verməkdən imtina edib.
Heftelik.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ lideri Donald Tramp və Zelenski arasında Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdən sonra dünənki söhbətə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Rusiya Prezidenti ABŞ Prezidenti ilə danışıqlarda Ukrayna qoşunlarının Donetskin qalan ərazilərindən çıxarılacağı təqdirdə cəbhə xəttinin əksər hissəsinin dondurulmasını təklif edib. Ancaq Volodimir Zelenski bu təklifi qəbul etməyib.