ABŞ-da atışma olub.

Heftelikaz xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Nyu-Yorkun Bruklin rayonunda restoranlardan birində atışmada üç nəfər həlak olub, səkkiz nəfər yaralanıb.

Nyu-York Polis İdarəsinin komissarı Cessika Tiç deyib ki, yaralananlardan 3-ü qadındır.

Polis atışmada bir neçə silahlı şəxsin iştirak etdiyini ehtimal edir. Hələ ki, saxlanılan yoxdur.