İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ olub.

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:38-də İndoneziyanın Sulavesi adasının sahilində yerləşən Poso şəhərindən şimalda,  10 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan bir saat əvvəl isə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alıb . Zəlzələnin episentri 500 mindən çox insanın yaşadığı Kaqosima şəhərindən 128 kilometr aralıda, 37 km dərinlikdə yerləşib.