Sabah Ağ evdə ABŞ Prezidenti Donald Tramp  Ukrayna Prezidenti Volodimir Zelenski ilə öncə təkbətək görüşəcək, daha sonra Avropa liderləri görüşə qatılacaq.

Heftelik.az-ın xəbərinə görə, bu barədə “Bild” məlumat yayıb.

Bundan öncə Donald Trampın Vladimir Zelenski və Avropa liderlərinin birgə görüşü nəzərdə tutulurdusa, ABŞ Prezidenti planını dəyişib. Beləliklə, Donald Tramp Avropa liderlərini qapı önündə gözlədəcək, Volodimir Zelenski ilə təkbətək görüş başa çatandan sonra geniş tərkibli görüş mümkün olacaq.

Qeyd edək ki, Volodimir Zelenski ilə birgə Vaşinqtona Fransa Prezidenti Emmanuel Makron,  Böyük Britaniya Baş naziri Kir Starmer, Almaniya Baş naziri Fridrix Merts, İtaliya Baş naziri Corca Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və  NATO Baş katibi Mark Rütte səfər edəcək.