“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Apar Ride” MMC barəsində istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xəta protokolu tərtib edilib.

Bu barədə Heftelik.az-a  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, şirkət “İstifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib.