Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, fəaliyyət müddəti məhdudlaşdırılmadan yaradılır.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Cəmiyyətin fəaliyyət müddəti, nizamnaməyə əsaslanır və sahə mülkiyyətçiləri tərəfindən müəyyənləşdirilir. Bu təşkilat, qanunvericiliklə müəyyənləşdirilmiş hüquq və vəzifələri yerinə yetirir. Mülkiyyətçilər, cəmiyyətin fəaliyyətinə görə məsuliyyət daşımırlar.