Pezeşkiyan Ermənistandadır

18 Avqust 2025, 15:49

İran Prezidenti Məsud Pezeşkiyan Ermənistana iki günlük rəsmi  səfər edib.

Heftelik.az-ın “Sputnik Armenia”ya istinadən verdiy məlumata görə, bu,  Məsud Pezeşkiyanın İran İslam Respublikasının prezidenti kimi ölkəyə ilk səfəridir.

Məsud Pezeşkiyanı Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

İran Prezidenti daha sonra Belarusa səfər edəcək.