Xarici dövlətlərə aid hava gəmiləri üçün zəruri hallarda Agentlik və MN müşayiət heyətləri təyin edir.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.
Birdəfəlik uçuşlar beynəlxalq hava yolları ilə yerinə yetiriləndə müşayiət heyətləri qarşılıqlı razılaşma əsasında ayrılmaya bilər.
Agentlik mülki aerodromların reyestrinə daxil olan aerodromlar və radiotexniki vasitələr barədə məlumatları həmin heyətlərə təqdim edir.
Məlumatların dəqiqliyi və tamlığı uçuşların təhlükəsizliyinin təminatı üçün vacibdir.