Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.

Tohid Ələsgərovun güləşlə məşul olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.