2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir edib.

Xatırladaq ki, Mərkəzi Bankın iyul proqnozlarına görə isə ölkədə illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.