Rusiyanın Novosibirsk şəhərində yerli “Qudaouta” komandasının baş məşqçisi Aleksey Prihodko oyun zamanı hakim Artyom Petrenkoya zərbə endirib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə avqustun 13-də baş verib. Oyunun 72-ci dəqiqəsində “Qudaouta”nın futbolçuları və baş məşqçisi hesab ediblər ki, hakim “ofsayd”ı qeydə almayıb.
Komandanın oyunçusu emosional şəkildə hakimin qərarına etiraz edib. Hakim futbolçuya sarı vərəqə göstərib. Bundan sonra Prihodko meydana qaçaraq hakimi ayaq zərbəsi ilə vurub. O, həmçinin hakimi söyüşlərlə təhqir edib.