Ermənistan ordusunda hərbçilərin işdən çıxarılması dalğası müşahidə olunur.
Heftelik.az-ın “Hraparak” qəzetinə istinadən verdiyi məlumata görə, son aylarda bir çox hərbiçilər, o cümlədən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə xidmət edənlər vəzifələrini itiriblər.
Nəşrin məlumatına əsasən, attestasiyadan keçməyən və nisbətən aşağı maaşla xidmətini davam etdirən hərbçilər ixtisara düşür.