Gəncədə ağır yol qəzası olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhərin 1-ci mikrorayonunda Vaqif küçəsində hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb.

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış iki digər minik avtomobilinə – “Chevrolet” və “Mercedes-ə” çırpılıb. Zərbənin təsirindən “Toyota” yol kənarına aşıb.

Qəza zamanı Toyota-nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.

Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.

Faktla bağlı araşdırma aparılır.