Yenə yağış yağacaq

19 Avqust 2025, 12:32
Avqustun 20-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə,  səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.