Ukrayna hesab edir ki, Avropanın maliyyəsi hesabına Ukrayna Silahlı Qüvvələrinin silahlandırılması təhlükəsizlik zəmanətinin bir hissəsi ola bilər.

Heftelik.az xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşdə bildirib.

“Bu yalnız müharibə üçün və özümüzü müdafiə etmək üçün deyil. Bu həm də təhlükəsizlik zəmanətinin bir hissəsi olacaq. Ordumuzu gücləndirmək, onu yenidən silahlandırmaq üçün. Bu isə nə qədər vəsaitə ehtiyacımız olmasından asılıdır,” – deyə Zelenski vurğulayıb.

“Bu, çox yaxşı müzakirə oldu. Biz çox həssas məsələləri müzakirə etdik. İlkin olaraq müzakirə olunan mövzu təhlükəsizlik zəmanətləri haqqında idi. ABŞ-ın belə siqnal göndərməsi və zəmanətlər verməsi son dərəcə önəmlidir”, – deyə Zelenski bildirib.