Abşeron rayonunun Qobustan kəndində torpaq uçqunu faciə ilə nəticələnib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  1987-ci il təvəllüdlü Rəşad Əhmədov çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidə torpaq uçqunu nəticəsində ölüb.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.