UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” qarşılaşması baş tutub.

Heftelik.az-ın məlumatına görə, qarşılaşma “Qroupama Arena”da baş tutub.

FIFA referisi Juan Pedru da Silva Pineyrunun idarə etfiyi oyunda hesab 29-cu dəqiqədə dəqiqədə açılıb.  Barnabas Varqa adını tabloya yazdırıb.

Ağdam təmsilçisi 50-ci dəqiqədə hesabı bərabərləşdirib. Marko Yankoviç fərqlənib. 67-ci dəqiqədə Kevin Medina, 85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

Beləliklə, pley-off mərhələsində ilk oyunda “Qarabağ” rəqibini 3:1 hesabı ilə məğlub edib.