Dövlət qulluğuna hansı əsaslarla xitam verilə biləcəyi müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət qulluğu haqqında” qanunda əksini tapıb.

Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:

– dövlət qulluqçusunun öz arzusu ilə;

– dövlət orqanı ləğv edildikdə;

– dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;

– qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;

– dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;

– dövlət qulluğundan azad edildikdə;

– Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;

– qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə;

– qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;

– məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

– dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə;

– dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.