“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda “Salzburq” forması geyinən Dorgeles Neneni rənglərinə bağlayıb.
“Sarı-lacivərdlilər” 22 yaşlı malili hücumçu ilə 5 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.
Qeyd edək ki, Nene ötən mövsüm 49 matçda 15 qol, 9 assistlə yadda qalıb.