Stansiya növbətçisi bəzi hallarda siqnal verə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Göndərilmə marşrutu tam hazır olmadan işıqfor açıla bilməz. Texniki və kommersiya baxışları başa çatmalıdır. Qatar siqnalı yoxdursa, göndəriş icazəsi verilmir. Dispetçer də bu qaydalara əməl etməlidir. Qaydalar qatar hərəkətinin təhlükəsizliyini təmin edir.
Stansiya növbətçisi qatar göndərmək üçün yoldəyişmə postlarının böyük növbətçilərini çağırır. Onlara marşrutun hazırlanması barədə tapşırıq verir. Tapşırıq telefondakı işçilərin iştirakı ilə təkrarlanır. İştirakçılar əmrin başa düşüldüyünü “Düzdür” deyərək təsdiq edir. Stansiya növbətçisi əmin olduqdan sonra “Yerinə yetirin” deyir. Bu qayda marşrutun dəqiq və təhlükəsiz hazırlanması üçündür.