Maşinist yazılı icazəni yalnız dayandıqdan sonra alır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Onları qarşılayan işçi qırmızı bayraq və ya işıq göstərməlidir. Bu xəbərdarlıq həm gündüz, həm də gecə tətbiq edilir. Qatar dayandıqdan sonra icazə təqdim olunur. Qarşılayan işçi lokomotivi siqnalla istiqamətləndirir.
Bərpa və yanğın qatarları xüsusi şərtlərlə qəbul edilir. Yalnız qadağanedici göstəricidə qəbul mümkündür. Maşinistlər dayanılası yer barədə öncədən məlumatlandırılır. Giriş işıqforundan əvvəl də siqnal verilir. Lokomotiv maşinistləri təlimata əsasən hərəkət etməlidirlər. Sonrakı hərəkət yalnız siqnal və göstərişlə icra olunur.