Naməlum milyarder Atlantik Okeanında “Titanik”in qalıqlarını görmək üçün 10 milyon dollar ödəyəcək.

Heftelik.az  xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

O, 2023-cü ildə “Titan” batiskafı ilə baş verən faciədən sonra bunu edən ilk şəxs olacaq.

Bildirilir ki, sualtı səfər bir neçə həftə ərzində baş tutacaq.

Qeyd edək ki, “Titanik” 1912-ci ildə Şimali Atlantikada batıb. Onun qalıqlarını görmək üçün okeanın dibinə enən “Titan” batiskafı isə 2023-cü ildə qəzaya uğrayıb. Nəticədə 5 nəfər həlak olub.