“Vasmoy” bazarında ÖLÜM

20 Avqust 2025, 16:43

Bakıda bazarda ölüm hadisəsi olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” (Vasmoy) bazarında qeydə alınıb.

Burada araba sürən 57 yaşlı Hacıyev Qürbət Hacı oğlu qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir.

Araşdırma aparılır.