Hindistanda toy şənliyi böyük kədərlə başa çatıb. Gəlinin anası mərasim bitməmiş infarktdan dünyasını dəyişib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata götə, 38 yaşlı Kalyani qızı Sindhunun toyu zamanı qəfil huşunu itirib. Hadisə Xammam rayonuna aid Abbaspuram kəndində baş verib.

Qadın təcili olaraq yaxınlıqdakı tibb müəssisəsinə çatdırılsa da, həkimlər yalnız bioloji ölüm faktını təsdiqləyə biliblər. Rəsmi orqanların rəyinə görə, ölümün səbəbi ürəyin dayanması olub.