Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 1988-ci il təvəllüdlü Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
***
saat 15.35
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Heftelik.azın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1979-cu il təvəllüdlü İlham Həmid oğlu Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Gülnaz İlham qızı Məmmədovanı bıçaqla qətlə yetirib. Daha sonra özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.