Hava gəmisində yaxınlaşan ciddi təhlükə zamanı istifadə olunan bir neçə həyəcan siqnalı mövcuddur.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.

SOS siqnalı, MAYDAY sözü və qırmızı paraşüt fişəngi kimi vasitələr dərhal yardım tələbini göstərir.

Bu siqnallar həm ayrı-ayrılıqda, həm də birlikdə istifadə edilə bilər.

Onlar hava gəmisi təhlükədə olduqda diqqəti cəlb etmək məqsədi daşıyır.