Hava gəmisinin heyəti təhlükəsizlikə təhdid və qanunsuz müdaxilə zamanı “Fəlakət” siqnalı verir.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.

Belə vəziyyətdə HHX orqanları dərhal fəlakətə uğrayan heyətə yardım göstərməli və məlumatları HHT VS mərkəzlərinə çatdırmalıdır.

Tanınmayan hava gəmiləri peyda olduqda “Çətir” siqnalı verilir və digər hava gəmilərinin dərhal enişi tələb olunur.

Bu siqnallar hava məkanının təhlükəsizliyinin qorunması üçün vacib prosedurlardır.