Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

***

saat 13.37

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

APA-nın yaydığı məlumatda bildirilib ki,

suda batan şəxsin Masallı rayonunun İsi kənd sakini 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanov olduğu ehtimal edilir.

Məlumata görə, M.Aslanov ötən gün saat 18:00 radələrində evdən çıxaraq özünə məxsus mal-qaranın ardınca gedib. Dünəndən ondan heç bir xəbər olmayıb. Kənd sakinlərinin axtarışı nəticəsində M.Aslanovun geyim əşyaları su anbarının yanında tapılıb. Onun su anbarında batdığı ehtimal olunur.