Futbol üzrə Norveç millisinin DÇ-2026-nın seçmə mərhələsində İsraillə oyunda əldə edəcəyi gəlir yardım üçün Qəzza xalqına bağışlanacaq.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bunu Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness bildirib.

O, mülki əhalinin məruz qaldığı iztirablara və hücumlara biganə qala bilməyəcəyini deyib:

“İsrail FIFA və UEFA yarışlarında iştirak edir və biz bunu nəzərə almalıyıq. Əldə etdiyimiz gəliri Qəzzadakı insanların həyatını xilas edən və ərazidə yardım göstərən humanitar təşkilata bağışlamaq istəyirik”.

Qeyd edək ki, Norveç – İsrail oyunu oktyabrın 11-də keçiriləcək.