Türkiyə Suriya ordusuna təlim keçməyə başlayıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriya ordusunun təlim, konsultasiya və texniki dəstəklə təmin olunmasına start verilib.

Bu yaxınlarda isə Türkiyə Milli Müdafiə Nazirliyindən olan bir heyət Suriya ordusunun ehtiyaclarını yerində müşahidə etmək və müştərək bir yol xəritəsi formalaşdırmaqdan ötrü Suriyaya səfər edəcək.

Qeyd edək ki, avqustun 13-də Türkiyə və Suriya arasında müştərək təlimlər və konsultasiya ilə bağlı razılaşma əldə olunub.