2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan V-VI siniflərində “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək.

Heftelik.az  xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə imzaladığı əmrdə öz əksini tapıb.

Qeyd edək ki, ötən illər tədirisi digər dillərdə aparılan VI siniflərdə”Azərbaycan tarixi” fənni həmin dilə uyğun təşkil edilirdi.