Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız iş icazəsi aldıqdan sonra Azərbaycanda işləyə bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.

Onların işə cəlbi hüquqi şəxslər, sahibkarlar və xarici şirkətlərin filialları tərəfindən həyata keçirilə bilər.

Əmək fəaliyyəti üçün minimum yaş həddi 18-dir.