Hava gəmisinin idarəetmə orqanlarına toxunulmaması üçün sağ əl başı üzərində qaldırılır və yumruq sıxılır.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.

Aerodrom elektrik mənbəyinin qoşulması və açılması üçün “T” hərfi şəkilli əl hərəkətləri tətbiq edilir.

Daxili rabitə sistemi ilə əlaqə yaratmaq üçün isə hər iki əl qulaqlara yaxınlaşdırılır.

Bu siqnallar uçuşun texniki tənzimlənməsində vacib rol oynayır.