Qatar stansiyaya yalnız dəvətedici siqnalla və ya stansiya növbətçisinin icazəsi ilə daxil ola bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Ümumi istifadə dəmir yollarında sürət 20 km/saatdan çox olmamalıdır. Qeyri-ümumi istifadədə isə maksimum sürət 15 km/saat olmalıdır. Maşinist hər an qatarı dayandırmağa hazır olmalıdır. Hərəkət zamanı xüsusi sayıqlıqla idarəetmə tələb edilir.

Bəzi hallarda qatar qadağanedici işıqforla stansiyaya daxil ola bilər. İşıqfor nasaz olduqda bu mümkündür. Stansiyanın texniki aktında nəzərdə tutulmayan yola qəbul zamanı da icazə verilə bilər. Itələyici lokomotivlər və depodan çıxan qatarlar da istisna təşkil edir. Yanğın, bərpa və təsərrüfat qatarlarına xüsusi qaydalar tətbiq edilir.