Təcililik SİQNALLARI

22 Avqust 2025, 01:10

Təcililik siqnalları hava gəmisinin dərhal yardım tələb etmədən enməyə məcbur olduğu çətinliklər haqqında xəbər verir.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Hava məkanından istifadə və uçuş Qaydaları’nda əksini tapıb.

Təkrar yandırılıb-söndürülən enmə və naviqasiya işıqları bu siqnalların nümunəsidir.

“PAN, PAN” ifadəsinin ardıcıl üç dəfə radiotelefon vasitəsilə təkrarlanması da təcililik xəbəridir.

Bu siqnallar hava gəmisinin vəziyyətinin kritik olduğunu, lakin dərhal yardım tələb etmədiyini göstərir.