“Yaxın iki həftə ərzində dünya Ukraynadakı müharibənin bitib-bitməyəcəyini öyrənəcək”.
Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O həmçinin əlavə edib ki, hər iki tərəfi danışıqlar masasına oturtmaq üçün fərqli taktikalardan istifadə etməli olacaq: “Bundan sonra taktikamızı dəyişməli ola bilərik”.
Tramp Ukrayna Prezidenti Volodimir Zelenski haqqında da əlavə edərək belə deyib: “Zelenski çox yaxşı görünürdü. O, var gücü ilə vuruşur. Bu, çətin müharibədir”.