Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər və Ağdərə rayonlarına etdikləri səfər çərçivəsində bir sıra mühüm obyektlərin açılışında və təməlqoymasında iştirak ediblər.
Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə yerində tanış olublar. Yolun 13,5-ci kilometrində yerləşən və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı da məhz bu səfər zamanı həyata keçirilib.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə icra olunan əsas infrastruktur layihələrindən biridir. Ümumi uzunluğu 82 kilometr olan yolun 56 kilometri Toğanalı-Kəlbəcər, 26 kilometri isə Kəlbəcər-İstisu hissəsindən ibarətdir. Ərazinin mürəkkəb relyefi səbəbindən yolun əsas hissəsi Murovdağ silsiləsindən keçir. Burada hündürlük 1700 metrdən 3250 metrədək yüksəlir ki, bu da yolun qış aylarında təhlükəsiz istismarını çətinləşdirir. Bu səbəbdən Murovdağ silsiləsinin altından tunelin inşası nəzərdə tutulub.
Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri üzrə isə birinci sıradadır. Dörd hərəkət zolağından ibarət tunelin sağ və sol hissələrini birləşdirən 38 keçid tunelində işlər artıq tamamlanıb. Bundan əlavə, yol layihəsi çərçivəsində ümumi uzunluğu 2636 metr olan daha dörd tunelin də inşası aparılır. Həmin tunellərdə əsas tikinti və texniki işlər yekunlaşmaq üzrədir.
Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzrə tikinti işlərinin 87 faizi tamamlanıb. Yol Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq Kəlbəcər şəhərindən keçərək məşhur İstisu istirahət zonası ilə yekunlaşır. Layihə həm rayon mərkəzini, həm də digər yaşayış məntəqələrini təhlükəsiz və rahat nəqliyyat əlaqəsi ilə təmin etməklə yanaşı, bölgədə kənd təsərrüfatı və turizmin inkişafına da töhfə verməyi hədəfləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi dirçəlişi baxımından mühüm əhəmiyyət daşıyır. Həm vətəndaşların geri dönüşünü asanlaşdıran, həm də iqtisadi potensialı artıran bu təşəbbüslər regionun dayanıqlı inkişafını təmin etməyə yönəlib.
Kəlbəcər Ali Baş Komandanımızın uzaqgörənliyində yeni dirçəliş dövrünə qədəm qoyur

Sənan Hüseynov
Nəsimi rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın sədr müavini