Lənkəranda qadın qətlə yetirilib.

Heftelik.az-ın APA-ya istinadən evrdiyi məlumata görə,  hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

1995-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir. O, könüllü polisə təslim olub.

Lənkəranda baş verən qətlin bəzi təfərrüatları da məlum olub. Qətlə yetirilən Əfsanə Lələzadənin dayısının APA-ya verdiyi xəbərdə bildirir ki, qadın və həyat yoldaşı Nicat Lələzadə 5 ilə yaxındır ayrı yaşayıblar.

Qeyd edilib ki, Əfsanə Lələzadə boşanmaq istəsə də, Nicat Lələzadə buna etiraz edib. “Bu gün Nicat səhər saatlarında Əfsanənin evdən çıxmasını gözləyib. Əfsanə dükanın qabağına gələndə ona yaxınlaşıb, aralarında yaranan mübahisə zəminində özü ilə gətirdiyi bıçaqla ona bir neçə zərbə endirib. Əfsanə xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb”.