Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının Eksperimental psixologiya elmi- tədqiqat laboratoriyasının (ETL) əməkdaşı və Psixologiya kafedrasının saathesabı müəllimi Səbinə Salmanova

Mənim üçün çox dəyərli və əziz olan, vaxtsız dünyasını dəyişmiş, Səbinə xanımın xatirəsinə həsr etdiyim şeir parçası…

Şeirim “təsəllidir” deyən, ey əziz bacı,
Buyur, yazdığım şeir “təsəllin” olsun.
Əlvida demədən əbədi getdin,
Bəs bizim təsəllimiz, söylə, nə olsun?

Boynu bükük qoydun sən qızlarını,
Onların təsəllisi, söylə, kim olsun?
Sonsuz suallarla ana soruşan
Oğlunun təsəllisi, söylə, kim olsun?

Dostların axtarıb, arayır səni,
Onların təsəllisi, söylə, nə olsun?
Tələbələrin həsrətlə yolun gözləyir,
Onların təsəllisi, söylə, nə olsun?

Cavabsız mesajlar ürək göynədir,
Yanan ürəklərə təsəlli —
Söylə, nə olsun?

Bizim üçün çox dəyərli və əziz olan Səbinə xanımın vəfatından 40 gün keçir. Lakin Səbinə xanım fiziki cəhətdən aramızda olmasa da, mənəvi cəhətdən əbədi olaraq, onu sevənlərin qəlbində yaşayacaq…

Kamilə Kazımova

Bakı Dövlət Universitetinin psixologiya kafedrasının dosenti, Psixologiya üzrə fəlsəfə doktoru,

klinik psixoloq-konsultant, hipnoterapevt,

Beynəlxalq Hipnoz Cəmiyyətinin üzvü- The İnternational Society for Hypnosis ( Paris-France),

Amerika Psixoloqlar Assosiasiyasının üzvü