
Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yanğın davam edir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanğınla mübarizə tədbirləri davam etdirilir.
***
saat 12.31
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
